"Barselona"nın hücumçusu sağaldı

Hit: 278
"Barselona"nın hücumçusu sağaldı

"Barselona”nın hücumçusu Usman Dembele zədəsini sağaldıb.

Faktor.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün komanda ilə məşqlərə başlayıb.

Fransa millisinin üzvü baş məşqçi Ernesto Valverdenin şans verəcəyi təqdirdə, La Liqanın V turunun “Qranada” ilə matçında iştirak edə bilər.

Qeyd edək ki, sabah keçiriləcək “Qranada” – “Barselona” görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.









Redaktorun seçimi