Bədii gimnastika üzrə dünya çempionatının mükafatlandırılması mərasimi keçirilib

Hit: 229
Bədii gimnastika üzrə dünya çempionatının mükafatlandırılması mərasimi keçirilib

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramında çoxnövçülük üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Faktor.az xəbər verir ki, çoxnövçülük üzrə qızıl medalı Dina Averina, gümüş medalı Arina Averina və bürünc medalı Linoy Aşram qazanıblar.

Mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) baş katibi Nikolya Bumpen, FIG Bədii gimnastika üzrə texniki komitəsinin üzvü Marina Giqova, dünya çempionatının səfiri Yana Batırşina təqdim ediblər.

Bundan başqa, "Longines - Prize of Elegance" mükafatı təqdim edilib. Bu mükafata amerikalı gimnast Laura Zenq layiq görülüb. Mükafatı FIG prezidenti Morinari Vatanabe, "Longines" şirkətinin beynəlxalq sponsorluq məsələləri üzrə meneceri Bencamin Ebi və dünya çempionatının səfiri Yana Batırşina təqdim ediblər.









Redaktorun seçimi