İlqar Rəhimov Azərbaycan Amerika Ticarət Palatasının tədbirində çıxış edib - FOTOLAR

Hit: 401
İlqar Rəhimov Azərbaycan Amerika Ticarət Palatasının tədbirində çıxış edib - FOTOLAR

Azərbaycan Milli paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Azərbaycan Amerika Ticarət Palatasının (AMCHAM) tədbirində çıxış edib. İlqar Rəhimov Azərbaycanda fəaliyyət göstərən iş adamlarına Milli Paralimpiya Komitəsi barədə məlumat verib. O Paralimpiya Komitəsinin 1996-cı ildə yarandığını, bu illər ərzində Azərbaycanda əlilliyi olan şəxslərin ictimai hərəkatına çevrildiyini qeyd edib. 

"Bu günə qədər biz 6 paralimpiya oyunlarında iştirak etmişik. Azərbaycan kiçik ölkə olsa da, bizim 7 paralimpiya çempionumuz var. Onlardan ikisi ikiqat paralimpiya çempionlarıdır. Bu da dünyada çox ciddi göstəricidir. Bizim işimiz Azərbaycanda inklüziv cəmiyyətin qurulmasına töhfə verməkdir. Bu istiqamətdə idman mühüm vasitələrdən biridir. Əlillərin cəmiyyətdə özlərinə yer tutmaq, öz hüquqlarını qorumaq və cəmiyyətin bərabərhüquqlu üzv olmaları üçün idmanla bərabər reabilitasiya xidmətlərində də çox ciddi çalışırıq", -  o əlavə edib. 

"Əvvəlki illərdən fərqli olaraq, bu gün biz əlilləri cəmiyyətə deyil, cəmiyyəti əlillərə uyğunlaşdırmaq istiqamətində çalışırıq", - deyən İlqar Rəhimov Azərbaycanda fəaliyyət göstərən iş adamlarını da əməkdaşlığa dəvət edib. 

"Əgər siz də bu cəmiyyətdə müsbətə doğru nəyisə dəyişmək istəyirsinizsə, biz sizin yanınızdayıq", - o vurğulayıb. 

Çıxışdan sonra Milli Paralimpiya Komitəsinin rəqqasları Rəsul Zəkiyev və Diana Şahbazova əlil arabasında rəqs nümayiş etdiriblər. 

1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi