"Sevilya"dan başqa bütün komandaların şansı eynidir" - Dani Kintana

Hit: 167
"Sevilya"dan başqa bütün komandaların şansı eynidir" - Dani Kintana

"Qarabağ"ın futbolçusu Dani Kintana Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Sevilya"ya 0:3 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablabdırıb.

Faktor.az xəbər verir ki, o, əvvəlcə oyun haqda  danışıb.

- Birinci qola qədər çox yaxşı mübarizə apardıq. Qoldan sonra isə hər şey çətinləşdi.

- Necə düşünürsünüz, hesab oyuna görə oldu?

 - Çox çətin matç idi. Məqsədimiz oyundan qalib ayrılmaq idi.

- "Qarabağ" bu görüşdə nəyə görə xal qazana bilmədi?

- Bircə səbəb var, o da "Sevilya"nın güclü komanda olmasıdır. La Liqada liderdirlər. Biz də oyuna yaxşı hazırlaşmışdıq. Təəssüf ki, məğlub olduq.

- Komandanız qrupdan çıxa bilər?

- Şansımız var. Lüksemburqda qələbə qazanacağımızı düşünürəm.

- "Düdelanj" ilk turda səfərdə APOEL-i uddu. Halbuki "Qarabağ"ın bu komandaya hər iki oyunda qalib gəlməyini gözləyirik.

- "Düdelanj" artıq 2 ildir ki, Avropa Liqasında oynayır. Qrupda təkcə "Sevilya"nın 1 addım üstün olduğunu düşünürəm. Digər bütün komandaların şansı eynidir. Çox çətin mübarizə olacaq.

 

 









Redaktorun seçimi