Hacı və Mahir təsəlliverici görüşə çıxacaq

Hit: 321
Hacı və Mahir təsəlliverici görüşə çıxacaq

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Faktor.az xəbər verir ki, bu gün təsnifat mərhələsində uduzan sərbəst güləşçilərimiz Hacı Əliyev (65 kq) və Mahir Əmiraslanov (57 kq) bürünc medal uğrunda yarışmaq hüququ qazanıb.

Buna səbəb güləşçilərimizin rəqiblərinin finala qədər irəliləməsi oub. Üçqat dünya, üçqat Avropa çempionumuz Hacı Əliyev təsəlliverici görüşdə misirli Əmr Ramazan Hüseynlə qarşılaşacaq. Mahir Əmiraslanov isə bürünc medal mübarizəsində monqolustanlı Bexbayar Erdenebatlla üz-üzə gələcək.

Təsəlliverici görüşlər sabah keçiriləcək.









Redaktorun seçimi