Bədii gimnastika üzrə dünya çempionatında lentlə hərəkətlərdə finalçılar məlum olub

43 dəfə oxunub
Bədii gimnastika üzrə dünya çempionatında lentlə hərəkətlərdə finalçılar məlum olub
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatının fərdi proqramında lentlə hərəkətlərdə finalçıların adı məlum olub.
 
Finala Dina Averina (Rusiya, 21.700 xal), Linoy Aşram (İsrail, 21.150 xal), Vlada Nikolçenko (Ukrayna, 21.150 xal), Yekaterina Seleznyova (Rusiya, 20.700 xal), Milena Baldassarri (İtaliya, 20.500 xal), Anastasiya Salos (Belarus, 20.100 xal), Alina Qarnasko (Belarus, 20.050 xal) və Laura Zenq (ABŞ, 19.400 xal) çıxıblar.
 
Azərbaycan gimnastları Zöhrə Ağamirova və Veronika Qudis finala vəsiqə qazana bilməyib.
 
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
 
61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
 
Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.



Redaktorun seçimi