"Corcinamla seks bundan daha ləzzətlidir" - Ronaldu

Hit: 643
"Corcinamla seks bundan daha ləzzətlidir" - Ronaldu

"Yuventus"un hücumçusu Kriştianu Ronaldu vurduğu qollardan daha çox nədən həzz aldığını açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Ronaldu öz açıqlamasında Buffona vurduğu qolu uzun illər vurmaq istədiyini bildirib.

""Yuventus"a vurduğum qolu uzun illər boyunca vurmağa çalışırdım. Mənim 700-dən çox qolum var, lakin bu qol hamısından gözəldir.

Qolu vurduqdan sonra düşündüm ki, "Nəhayət, akrobatik tullanışla qol vura bildim. Bu qolu isə "Yuventus"a, məhz Buffona vurmuşam. Möhtəşəm qoldur".

- Bu qolunuz sekslə məşğul olmaqdan daha yaxşıdır?

- Xeyr, dəqiq deyə bilərəm ki, mənim Corcinamla seks bundan daha ləzzətlidir.









Redaktorun seçimi