"Beqoviçin "Qarabağ"a keçidi ən yaxşı qərardır" - "Bornmut"un baş məşqçisi

Hit: 224
"Beqoviçin "Qarabağ"a keçidi ən yaxşı qərardır" - "Bornmut"un baş məşqçisi

İngiltərənin "Bornmut" klubunun baş məşqçisi Eddi Hay Asmir Beqoviçin "Qarabağ"a  icarəyə verilməsindən danışıb.

Faktor.az xəbər verir ki, ingiltərəli mütəxəssis yerli mətbuata açıqlamasında 32 yaşlı qolkiperin Ağdam klubuna keçməsinin onun üçün faydalı olacağını deyib:

"Beqoviçin "Qarabağ"a keçməsi ən yaxşı həll yolu idimi? Bəli, bu, ən yaxşı qərar idi. Onunla bu keçidlə bağlı fikir ayrılığımız olmayıb. Asmir oynamaq istədiyini çox açıq şəkildə söylədi. Biz də ona bu işdə kömək etməyə çalışdıq. Məncə, bu, bütün tərəflər üçün yaxşı olacaq. Biz onun oynaması üçün şərait yaratdıq, artıq meydana çıxır. Görək icarə müddəti başa çatanda necə olacaq".

Xatırladaq ki, Premyer Liqada mübarizə aparan "Bornmut" bosniyalı qapıçını bu ilin sonunadək "Qarabağ"a icarəyə göndərib.









Redaktorun seçimi