“Sevilya”nın prezidenti də Bakıda - VİDEO

Hit: 260
“Sevilya”nın prezidenti də Bakıda - VİDEO

UEFA Avropa Liqasının ilk turunda “Qarabağ”ın qonağı olacaq “Sevilya” gecə saatlarında Bakıya çatıb.

Faktor.az xəbər verir ki, İspaniya klubunun sosial şəbəkə hesabındakı paylaşımında “Gecəniz xeyir, Bakı!” yazılıb.

“Sevilya”dan 23 futbolçu ilə yanaşı, klub prezidenti Xose Kastro, vitse-prezident Qabriel Ramos, baş direktor Xose Mariya Krus, idman direktoru Ramon Rodriges Verdexo (Monçi), direktor müavini Xesus Arroyo və başqa şəxslər Bakıya gəlib.

Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” matçına saat 20:55-də start veriləcək.









Redaktorun seçimi