Neymarın cəzası ilə bağlı yeni qərar

Hit: 266
Neymarın cəzası ilə bağlı yeni qərar

Beynəlxalq idman arbitraj məhkəməsi PSJ-nin futbolçusu  Neymarın cəzasını azaldıb.

Faktor.az qurumun saytına istinadən xəbər verir ki, braziliyalı hücumçuya verilən 3 oyunluq cəza 2-yə endirilib. Beləliklə o, Çempionlar Liqasının qrup mərhələsində "Real" və "Qalatasaray"la görüşləri buraxacaq. Neymar ÇL-in 3-cü turunda "Brügge" ilə matçda isə oynaya biləcək.

Qeyd edək ki, 27 yaşlı futbolçu ötən mövsüm Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Yunayted"lə cavab matçından sonra sosial şəbəkədə hakimləri təhqir etdiyi üçün 3 oyunluq cəzalandırılmışdı.









Redaktorun seçimi