"Atletiko"ya qarşı oynamayacaq - "Yuventus"da ciddi itki

Hit: 245
"Atletiko"ya qarşı oynamayacaq - "Yuventus"da ciddi itki

"Yuventus"un futbolçusu Duqlas Kosta Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Atletiko" ilə matçı buraxacaq.

Faktor.az klubun saytına istinadən xəbər verir ki, buna səbəb onun İtaliya A seriyasının 3-cü turunda "Fiorentina" ilə matçda (0:0) zədələnməsidir. Braziliyalı yarımmüdafiəçinin bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, "Atletiko" - "Yuventus" görüşü sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.









Redaktorun seçimi