Nazarov yeni müqavilə imzalayır

Hit: 287
Nazarov yeni müqavilə imzalayır

"Erzgebirge" millimizin futbolçusu Dmitri Nazarova yeni müqavilə təklif edib.

Faktor.az "Bild"ə istinadən xəbər verir ki, bu barədə klubun sahibi Helge Leonhardt məlumat verib. O, Nazarovla yanaşı, Tom Baumqart, Yan Hoxşaydt və Klemens Fandrixlə müqavilənin müddətinin 2023-cü ilin yayına qədər uzadılacağını bildirib:

"Onların menecerləri ilə danışıqlarımız son mərhələdədir. Əgər nəyəsə nail olmaq və idmanımızı inkişaf etdirmək istəyiriksə, yaxşı və xarakteri güclü futbolçulara ehtiyacımız var. Bu, təhlükəsizliyimizi təmin edir".

Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən ikinci bundesliqa klubunda oynayır. Onun Aue təmsilçisi ilə hazırkı müqaviləsi 2021-ci ilin iyununda başa çatır.









Redaktorun seçimi