"Qarabağ"ın rəqibi baş məşqçisi ilə yolları ayırdı

Hit: 204
"Qarabağ"ın rəqibi baş məşqçisi ilə yolları ayırdı

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi  "Düdelanj" baş məşqçisi Emilio Ferrera ilə yollarını ayırıb.

Faktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Lüksemburq təmsilçisinin ölkə çempionatındakı uğursuz çıxışı səbəbindən 52 yaşlı mütəxəssis istefaya göndərilib.

"Düdelanj" 5 turdan sonra 4 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsində “Düdelanj”la ilk matçını oktyabrın 3-də səfərdə, dekabrın 12-də isə evdə keçirəcək.









Redaktorun seçimi