Daha 3 güləşçimiz dünya çempionatı ilə vidalaşdı

Hit: 310
Daha 3 güləşçimiz dünya çempionatı ilə vidalaşdı

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. 

Faktor.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 3 çəkidə yarışan idmançılarımız mübarizəyə qaşulub.

Taleh Məmmədov (66 kq) təsnifat mərhələsində Bolqarıstan təmsilçisinə uduzub.

Elvin Mürsəliyev (77 kq) 1/16 finalda gürcü güləşçi Gela Bolkvadzeyə qalib gəlib – 8:0. 1/8 finalda isə iranlı pəhləvan Məhəmmədəli Abdulhəmid Gerayi ilə bacarmayıb – 0:7.

Beka Kandelaki (130 kq) təsnifat mərhələsində belaruslu rəqibi Pavel Rudakunu tuşe fəndi ilə üstələyib. O, 1/8 finalda alman idmançı Eduard Poppa 7:17 hesabı ilə uduzub.









Redaktorun seçimi