Azərbaycanın olimpiya mükafatçısı dünya çempionatında medalsız qaldı

Hit: 472
Azərbaycanın olimpiya mükafatçısı dünya çempionatında medalsız qaldı

Boks üzrə Azərbaycan millisinin üzvü Lorenzo Sotomayor Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

Faktor.az xəbər verir ki, 69 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda əlcəzairli Şemseddin Kramouya ilə üz-üzə gəlib. Qarşılaşma Sotomayorun 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, L.Sotomayor 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş medalçısıdır.









Redaktorun seçimi