"Böyük gecə idi" - Asmir Beqoviç

Hit: 275
"Böyük gecə idi" - Asmir Beqoviç

“Qarabağ”ın yeni transferi Asmir Beqoviç Azərbaycan Premyer Liqasının 4-cü turunda “Neftçi”yə qalib gəldikəri oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

Faktor.az xəbər verir ki, bosniyalı qolkiper əvvəlcə Ağdam klubundakı debüt matçını dəyərlənidirib.

- Böyük gecə idi. Komandamızın önəmli matçı oldu. Vacib olan üç xal idi və bunu da qazana bildik.
 
- Azərbaycana adlı-sanlı futbolçunu gətirməyin müşkül olduğunu deyirlər. Sizi bura necə gətirə bildilər?

- Son illərdə “Qarabağ” barədə xoş sözlər eşitmişdik. Avropada göstəridiyi nəticələrdən məlumatlıyıq. Ümumiyyətlə, “Qarabağ”dan ancaq müsbət sözlər eşitmişdim. Ona görə də qərar vermək  çətin olmadı. Burda insanlar xoş münasibət göstərir. Elə komanda yoldaşlarımla da isti münasibətim var. Şadam ki, belə bir qərar vermişəm.

- “Neftçi” “Qarabağ”la çempionluq uğrunda mübarizə aparır. Çətinlik hiss etdiniz?

- Futbola baxıram, izləyirəm. “Neftçi”nin böyük ənənələrinin olduğunu bilirəm. Azərbaycan üçün vacib komandadır. Bu gün bizim hədəfimiz qələbə idi və qalib gəldik.

- “Qarabağ”da hədəfləriniz nədir?

- Yanvara qədər müqaviləm var. Hədəfim, mümkün olduğu qədər komandaya kömək etməkdir. Qarşıda bizi “Sevilya” ilə oyun gözləyir.

- “Qarabağ” qrup mərhələsini adlamasa, komandadan gedəcəksiniz?

- Nəsə demək çətindir. Oyundan-oyuna düşünürəm.

- Avropa Liqasındakı şansları necə dəyərləndirirsiniz?

- Yaxşı komandamız var. Rəqiblərimiz də gücülüdür. Ümid edirəm ki, növbəti mərhələyə çıxacağıq.









Redaktorun seçimi