"Qarabağ" "Neftçi"yə qalib gəldi - YENİLƏNİB

Hit: 876
"Qarabağ" "Neftçi"yə qalib gəldi - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulacaq.

Faktor.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək. Əvvəlcə "Keşlə" "Səbail"i qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun mərkəzi qarşılaşmasında isə son illərin çempionu "Qarabağ" əzəli rəqibi "Neftçi" ilə qarşılaşıb. "Ağ-qaralar"ı "Tofiq Bəhramov"da qəbul edən Ağdam klubu 2:0 hesabı ilə qalib gəlib. "Qarabağ" bu qələbə ilə xalını 12-ə çatdırıb və vahid liderliyini qoruyub.

15 sentyabr (bazar)

20:30. “Qarabağ” – “Neftçi” - 2:0

Qol: Mahir Əmrəli, 31 (1-0), Zubir, 69 (2-0)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov

Tofiq Bəhramov adına Respublika Stadionu

18:00. "Keşlə" – “Səbail” - 1:2

Qollar: Mirabdulla Abbasov, 18 (0:1), 31-pen. (0:2), Lorenzo Frutos, 54 (1:2)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov

“Bakcell Arena”









Redaktorun seçimi