Fanatlar Neymarı ağır sözlərlə təhqir etdilər - Cavabı qələbə qolu oldu - FOTOLAR

Hit: 335
Fanatlar Neymarı ağır sözlərlə təhqir etdilər - Cavabı qələbə qolu oldu - FOTOLAR

PSJ-nin hücumçusu Neymar dünən komandası PSJ ilə 2019/20 mövsümündə ilk matçına çıxıb.

Faktor.az xəbər verir ki, braziliyalı futbolçu “Strasburq”la 5-ci turun matçında (1:0) komandasının yeganə qolunun müəllifi olub. O, 90+2 dəqiqədə fərqlənib.

Qeyd edək ki, bütün matç boyu PSJ fanatları Neymara psixoloji təzyiq ediblər, onunla bağlı təhqirlər səsləndiriblər. Buna isə bu yay onun yenidən “Barselona”ya qayıtmaq istəməsi səbəb olub. PSJ – “Strusburq” görüşündə “Messi ilə görüşün qiyməti 20 milyondur? Fahişələrə Parisdə yer yoxdur”, “Ata Neymar oğlunu Villa Mimozada (Rioda fahişələrin toplaşdığı küçə - red) satacaq” kimi təhqiramiz pankartlar açıblar. Bütun bunlara baxmayaraq, Neymar matçın ən yaxşı oyunçularından olub.

Görüşdən sonra jurnalistlərə açıqlamasında Neymarı fanatların etirazını başa düşdüyünü, təhqiramiz şüarların isə yolverilməz olduğunu söyləyib.

Neymar əleyhinə açılan pankartların şəkilləri












Redaktorun seçimi