İllik maaşı 12 milyon avro olacaq

PSJ futbolçusu Marko Verratti ilə yeni müqavilə imzalamağa yaxındır.
Faktor.az Fransa mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətinin 2024-cü ilin iyununa kimi uzadılacağı gözlənilir. Onun illik maaşının 12 milyon avro olacağı bildirilir.
Qeyd edək ki, Verratti hazırda ilinə 7 milyon avro qazanır.