Putin Həbiblə görüşdü - VİDEO

Rusiya prezidenti Vladimir Putin Mahaçqala hava limanında UFC üzrə dünya çempionu Həbib Nurməhəmmədovla görüşüb.
Faktor.az xəbər verir ki, görüşdə rusiyalı idmançının atası, həmçinin Dağıstanın prezidenti Vladimir Vasilyev də iştirak edib.
Görüş zamanı Putin Həbibi son döyüşdə amerikalı Dastin Puaryeyə qalib gəlməsi münasibəti ilə təbrik edib. Putin Həbibin döyüşünə baxdığını və onun layiqli qələbə qazandığını bildirib.


