"AFFA Yurçeviç, Obradoviç kimilərinin Həmkarlar İttifaqı yaratmağını dəstəkləyir" - Nazim Süleymanov

70 dəfə oxunub
"AFFA Yurçeviç, Obradoviç kimilərinin Həmkarlar İttifaqı yaratmağını dəstəkləyir" - Nazim Süleymanov

AFFA Azad Həmkarlar İttifaqının sədri Nazim Süleymanov AFFA-nın qurumla bağlı yaydığı bəyanata münasibət bildirib.

O, Qol.az-a açıqlamasında Həmkarar İttifaqını yaratmaqla heç bir qanuna zidd addım atmadıqlarını bildirib:

“Azərbaycan futbolunda çalışan insanlar olaraq biz dünən bir araya gəlib, bu təşkilatı təsis etdik. Bu gün isə AFFA-nın verdiyi bəyanatdan belə çıxır ki, Yurçeviç, Obradoviç kimilərinin həmkarlar ittifaqı yaratmağını dəstəkləyirlər. Ulu öndər Heydər Əliyevin imzaladığı Həmkarlar İttifaqı haqqında qanunun 5-ci maddəsində deyilir: “Həmkarlar İttifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermirlər. Dövlət orqanlarının və vəzifəli şəxslərin Həmkarlar İttifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətlərinə maneəçilik törədən hər cür müdaxiləsi qadağandır”. Mən digər sahələrdə işləməmişəm ki. Mən Səhiyyə Nazirliyində və ya digər bir yerdə fəaliyyət göstərməmişəm. Ömrümün bütün illərini Azərbaycan futboluna həsr etmişəm. İki il Azərbaycanın U-19 millisində məşqçi kimi işləmişəm. Heç vaxt futboldan kənarda qalmamışam”.

Xatırladaq ki, AFFA dünən təsis edilən AFFA Azad Həmkarlar İttifaqı ilə bağlı bugünkü bəyanatında qurumun federasiyanın adından istifadə etməsinin qanuna zidd olduğunu bildirib. Eyni zamanda adıçəkilən təşkiatın AFFA-ya heç bir aidiyyatı olmadığı qeyd olunub.



Redaktorun seçimi