Modriç millimizlə oyunda zədələnib

Hit: 265
Modriç millimizlə oyunda zədələnib

Xorvatiya millisinin və “Real”ın futbolçusu Luka Modriç zədələnib.

Faktor.az xəbər verir ki, Avro-2020-nin seçmə mərhələsində yığmamızla Bakıdakı görüşdə (1:1) zədələnən yarımmüdafiəçinin bud nahiyəsindən ağrılar var.

Klubun rəsmi Tvitter səhifəsində Modriçlə bağlı qeyd olunub: “Luka Modriç bu gün tibbi yoxlanışdan keçib. Müayinələrdən sonra onun sağ ayaq əzələsinin zədələnməsi diaqnozu qoyuldu. Onun bərpa prosesi davam etdiriləcək”.

Xatırladaq ki, Luka Modriç millimizlə görüşdə penaltidən hesabı açmışdı.









Redaktorun seçimi