"Nə vaxt qayıdacağımı bilmirəm" - Messi zədəsindən danışdı

83 dəfə oxunub
"Nə vaxt qayıdacağımı bilmirəm" - Messi zədəsindən danışdı

"Barselona"nın futbolçusu Lionel Messi avqustun ayında aldığı zədənin bərpasından danışıb.

Faktor.az "Sport.es"ə istinadən yaydığı xəbərə görə, o, özünü daha yaxşı hiss etdiyini deyib: "Zədələnməyim xoşagəlməz hadisə idi. Çünki istirahətdən qayıtdıqdan sonra ilk məşqimdə  zədələ adım. Bərpa müddətinin 15-ci günündən sonra sıraya qayıtmağımın vaxtı olduğunu düşündüm. Amma "Betis"lə matçdan əvvəl məşqlərdən birində zədəmi bir az da ağırlaşdırdım və daha uzun müddətə sıradan çıxdım. İndiyə kimi komanda ilə ümumi məşqlərə qayıda bilmirəm. Həkimlər dedilər ki, bu, çətin zədədir. Məndə heç vaxt belə olmurdu. Amma indi bunun necə zədə olduğunu bilirəm. Bu səbəbdən sakitəm və meydana heç bir risk olmayacağı vaxt qayıdacam. Çünki təkrar zədədən sonra bərpam daha uzun müddət davam edəcək".

O, komanda ilə məşqlərə nə vaxt başlayacağını da bilmədiyini söyləyib: "Bərpa müddətimi bilmirəm. "Valensiya" ilə görüşdə dəqiq oynamayacağam. Görək,"Borussiya" və "Qranada" ilə matçlara kimi ümumi məşqlərə qayıda biləcəyəm".



Redaktorun seçimi