Yığmamızın heyətində dəyişiklik

Hit: 100
Yığmamızın heyətində dəyişiklik

Bu gündən etibarən Bakıda təlim-məşq toplanışına başlayan 17  yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub.

Faktor.az AFFA-nın saytına istinadən xəbər verir ki, zədəli olduğu üçün Mehrac Baxşəliyev ("Qəbələ") toplanışa qatılmayıb. Eldar Tağızadə  ("Fundacion Marcet", İspaniya) isə hazırlıq prosesinə sentyabrın 16-da qoşulacaq.







Redaktorun seçimi