PSJ-nin qol silahı "Real"a qarşı oynamayacaq

Hit: 332
PSJ-nin qol silahı "Real"a qarşı oynamayacaq

PSJ-nin futbolçusu Killian Mbappe Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Real"la ev oyununu buraxacaq.

Faktor.az "Le Parisien"ə istinadən xəbər verir ki, fransalı hücumçu yüngülləşdirilmiş rejimdə məşqlərə başlamağına baxmayaraq, bir neçə oyun da meydana çıxmayacaq. O, ölkə çempionatında "Strasburq"la görüşdə (14 sentyabr), həmçinin Madrid klubu ilə matçda (18 sentyabr) oynamayacaq.

Qeyd edək ki, Mbappe Fransa liqasının 3-cü turunda "Tuluza" ilə matçda zədələnib.









Redaktorun seçimi