Həbibin növbəti rəqibi müəyyənləşdi

86 dəfə oxunub
Həbibin növbəti rəqibi müəyyənləşdi

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun növbəti rəqibinin adı açıqlanıb.

Faktor.az “TMZ”yə istinadən xəbər verir ki, bu, kanadalı Jorj San-Pyerdir. Bu barədə Həbibin meneceri Əli Əbdül-Əziz məlumat verib: “Əgər Həbib miras üçün vuruşmaq istəyirsə, Sen-Pyerlə döyüş böyük hadisə olacaq. Sen-Pyer UFC tarixində ən güclü döyüşçülərdən biridir. Bundan başqa, bu döyüş Həbibə daha çox pul gətirəcək”.

Menecerin sözlərinə görə, Həbibin bu görüşü 2019-cu ilin sonunadək ola bilər.

Qeyd edək ki, Nurməhəmmədov sentyabrın 7-də amerikalı Dastun Puaryeni məğlub edərək yüngül çəkidə UFC çempionu titulunu növbəti dəfə qoruyub.

 



Redaktorun seçimi