Con Delarjın yeni klubu - RƏSMİ

73 dəfə oxunub
Con Delarjın yeni klubu - RƏSMİ

"Qarabağ"ın ötən ay yolları ayırdığı Con Delarjın yeni klubu müəyyənləşib.

Faktor.az xəbər verir ki, konqolu hücumçu karyerasını Çexiyanın yüksək liqa təmsilçisi "Dinamo Çeske-Budeyovitse"də davam etdirəcək. Bu barədə klubun saytı məlumat yayıb. 29 yaşlı oyunçu ilə bu ilin sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, "Qarabağ"  Delarjı ötən ilin iyul ayında "Bursaspor"dan transfer etmişdi. Lakin gözlənilən oyunu göstərməyən futbolçu bu ilin yanvar ayında əvəzedici heyətə göndərilmişdi.



Redaktorun seçimi