Azərbaycan millisi 11-ci pillədə qərarlaşdı

Hit: 304
Azərbaycan millisi 11-ci pillədə qərarlaşdı

Avropa Voleybol Konfederasiyası milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Faktor.az xəbər verir ki, Türkiyə, Polşa, Slovakiya və Macarıstanın birgə ev sahibliyi etdiyi Avropa çempionatını 10-cu pillədə başa vuran qadın voleybolçulardan ibarət Azərbaycan millisi reytinq cədvəlində 11-ci pillədə qərarlaşıb.

Yığmamızın hesabında 212 xal var.

Reytinq cədvəlinə 298 xalla Serbiya millisi başçılıq edir. İtaliya seçməsi (286 xal) ikinci, Hollandiya (282) isə üçüncü pillədə yer alıblar.









Redaktorun seçimi