Xorvatiyanın həkimindən ŞOK sözlər: - "Bakıda 8 futbolçumuz..."

91 dəfə oxunub
Xorvatiyanın həkimindən ŞOK sözlər: - "Bakıda 8 futbolçumuz..."
"AVRO-2020"nin seçmə mərhələsində millimizlə heç-heçə (1:1) oynayan Xorvatiya millisinin üzvləri virusa yoluxubmuş.
 
Faktor.az xəbər verir ki, bu barədə yerli mediaya açıqlamasında komandanın həkimi Zoran Bahtiyareviç məlumat verib.
 
Həkim bildirib ki, komandanın istənilən səviyyədə oynamamasına 8 futbolçunun qripə yoluxması olub: 
 
"Virusa yoluxan səkkiz futbolçudan yeddisi start heyətində meydana çıxmışdı. Baş məşqçimiz Daliç təvazökarlığından bu barədə heç nə demədi. O, xal itkisinə bəhanə gətirmək istəmədi. Bu virus bədənə ciddi təsir edir və gücü tamamilə azaldı. Biz futbolçulara maksimum kömək etməyə çalışdıq. Hətta matçdan əvvəl baş hakimə dedim ki, qarşılaşma zamanı oyunçulardan hansısa ayaqyoluna gedə bilər. Əvvəlcədən xəbərdarlıq etdim ki, buna təəccüblənməsin və belə hal baş versə, futbolçunu cəzalandırmasın. Amma buna ehtiyac duyulmadı. Virus futbolçulardan birinə düşüb və ondan digərlərinə keçib. Bunun Bakıdakı yeməklərlə heç bir əlaqəsi yox idi. Çünki bizim öz aşpazımız var və əla bir oteldə qalırdıq. Sadəcə, bu problemi biləndə oyuna çox az vaxt qalımışdı. Təəsüf ki, araşdırmaq üçün gec idi".



Redaktorun seçimi