Mahir xarici kluba gedir?

99 dəfə oxunub
Mahir xarici kluba gedir?

Mahir Emreli “Trabzonspor” klubu ilə yenidən gündəmə gəlib.

Faktor.az xəbər verir ki, bu barədə Türkiyənin “Fotospor” nəşri yazıb.

Nəşrin məlumatına görə, Futbol üzrə Azərbaycan millisinin Bakıda Xorvatiya yığması ilə 1:1 hesablı heç-heçə etdiyi AVRO-2020-nin seçmə oyununu klubun skautları da izləyiblər.

Onlar yığmanın və “Qarabağ”ın hücumçusu Mahir Emrelini bəyəniblər. “Trabzonspor”un skautları gələcəyə yatırım məqsədi ilə baş məşqçi Ünal Karamanın təlimatına əsasən oyunçu axtarırlar.



Redaktorun seçimi