U-21 millimizdən ağır məğlubiyyət

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avro-2021-in seçmə mərhələsində növbəti oyununa çıxıb.
Faktor.az xəbər verir ki, Milan Obradoviçin komandası Gürcüstanla üz-üzə gəlir.
Azərbaycan yığması qrupdakı ilk matçında Lixtenşteynə (0:1) uduzub, ikinci oyunda isə Slovakiyanı məğlub edib - 2:1.
10 sentyabr
20:30. Azərbaycan U-21 - Gürcüstan U-21 - 0:3
Qol: V.Arveladze, 45+3, İ.Buğridze, 73, G.Arabidze, 84
Qırmızı vərəqə: Hacıağa Hacıyev, 49, ikinci sarı vərəqə (Azərbaycan)
Baş hakim: Laurent Kopriva
"Dalğa Arena"


