AFFA 1 xala görə millinin bütün üzvlərinə külli miqdarda pul verəcək

Hit: 354
AFFA 1 xala görə millinin bütün üzvlərinə külli miqdarda pul verəcək

AFFA dünən millimizin Xorvatiya ilə oyunda əldə etdiyi nəticəyə görə, komanda üzvlərinin hamısına pul mükafatı verəcək.

Faktor.az xəbər verir ki, ilk "11-lik"də meydana çıxan hər bir futbolçu 30 min manat mükafat alacaq.

Oyuna sonradan daxil olanlar və ehtiyatda qalanlar isə 30 mindən az mükafat alacaqlar. Belə ki, 1 xala görə yarım milyondan çox pul paylanacaq.

Futbolçulara deyilib ki, mükafatlar bu günlərdə bank hesablarına köçürüləcək.

Qrup sonuncusu olan Azərbaycan yığması seçmə mərhələdə keçirdiyi ilk 4 oyunda müvafiq olaraq Xorvatiya, Macarıstan, Slovakiya və Uelsə uduzub, ilk xalını isə 5-ci turda - dünən xorvatlarla ikinci qarşılaşmada qazanıb.(Sportinfo.az)









Redaktorun seçimi