Qapıçı oteldə dünyasını dəyişdi

72 dəfə oxunub
Qapıçı oteldə dünyasını dəyişdi

Kurasao millisinin qapıçısı Jarzinyo Piter dünyasını dəyişib.

Faktor.az "BBC Sport"a istinadən xəbər verir ki, 31 yaşlı qolkiperin KONKAKAF Millətlər Liqasında  Haiti ilə matç öncəsi Port-o-Prensdə qaldığı oteldə ürək tutmasından  öldüyü bildirilir.

Futbolçunun ölümü səbəbilə KONKAKAF Millətlər Liqasında keçiriləcək bütün matçlar bir dəqiqəlik sükut ilə başlayacaq.

Qeyd edək ki, millinin üçüncü qapıçısı olan J.Piter ada təmsilçisinin heyətində 12 matçda forma geyinib.



Redaktorun seçimi