Millimiz Xorvatiya ilə heç-heçə etdi - YENİLƏNİB

Millimiz bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Faktor.az zxəbər verir ki, yığmamız 6-cı turda "Bakcell Arena"da Xorvatiya millisini qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Bu komandamızın ilk xalı olub.
E qrupunun digər görüşündə Slovakiya Macarıstanın qonağı olacaq.
Qeyd edək ki, millimiz bundan əvvəl keçirdiyi 4 oyununun hamısında uduzub.
Avro-2020-nin seçmə mərhələsi
5-ci tur
9 sentyabr
20:00. Azərbaycan - Xorvatiya - 1:1
Qollar: Luka Modriç, 11 (0-1), Təmkin Xəlizadə, 71 (1-1)
Baş hakim: Sandro Şerer
"Bakcell Arena"


