Yığmamız hollandlara uduzdu

97 dəfə oxunub
Yığmamız hollandlara uduzdu

Qadın voleybolçular arasında Avropa çempionatı davam edir.

Faktor.az xəbər verir ki, oyunlarını Macarıstanın paytaxtı Budapeştdə keçirən Azərbaycan yığması bu gün ikinci görüşünə çıxıb. C qrupunda yer alan komandamızın rəqibi Hollandiya olub.

Görüş gözlənildiyi kimi, hollandların qələbəsi ilə başa çatıb. İlk setdə böyük fərqlə uduzan komandamızın ikinci setdə hesabı bərabərləşdirmək cəhdi də fayda verməyib.  Üçüncü set isə sonuncu olub. 25:23 hesablı qələbə qazanan Hollandiya yığmamızı xalsız qoyub.

Qeyd edək ki, millimiz ilk turda Xorvatiyanı 3:2 hesabı ilə üstələmişdi. Komandamızın növbəti rəqibi Macarıstan olacaq. Meydan sahibləri ilə qarşılaşma sabah Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

25 avqust

Azərbaycan – Hollandiya ​0:3 (15:25, 23:25, 23:25)

Budapeşt, "Papp Laslo Sportarena".  



Redaktorun seçimi