"Qarabağ" və "Keşlə"dən qələbə - YENİLƏNİB

182 dəfə oxunub
"Qarabağ" və "Keşlə"dən qələbə - YENİLƏNİB

Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları davam edir. 

Faktor.az xəbər verir ki, bu gün daha iki görüş keçirilib.

Günün ilk matçında "Sabah" "Keşlə"ni qəbul edib. Oyun qonaqların 1:0 hesabı qələbəsi ilə başa çatıb. Digər qarşılaşmada "Qəbələ" son çempion "Qarabağ"ın qonağı olub. Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. 

Qeyd edək ki, tura avqustun 26-ı keçiriləcək “Zirə” – “Neftçi” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

2-ci tur

25 avqust (bazar)

18:45. “Sabah” – “Keşlə” - 0:1

Qol: Vüsal İsgəndərli, 45

Qırmızı vərəqə: Sezar Meza Kolli, 74- iki sarı vərəqə ("Keşlə")

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə

“Bank Respublika Arena”

21:00. “Qarabağ” – “Qəbələ” - 3:0

Qollar: Riçard Almeyda, 61-pen. Maqaye Qeye, 63, Abdullah Zubir, 79

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Əliyar Ağayev

“Azersun Arena”



Redaktorun seçimi