“Beşiktaş” Kuarejmayla yolları ayırmaq qərarı verdi - RƏSMİ

90 dəfə oxunub
“Beşiktaş” Kuarejmayla yolları ayırmaq qərarı verdi - RƏSMİ

“Beşiktaş”ın portuqaliyalı oyunçusu Rikardo Kuarejma ilə yolları ayırmaq qərarı verib.

Faktor.az xəbər verir ki, bu haqda klubun rəsmi Tvitter səhifəsi məlumat yayıb: “2019-2020 mövsümü transfer pəncərəsi bağlanana qədər Kuarejmaya yeni klub tapması üçün vaxt verilib. Onu bu mövsüm heyətdə yer almayacağı ilə bağlı da məlumatlandırmışıq. Özünə klub  tapmayacağı təqdirsə isə futbolçu komandadan kənar fərdi məşqlər edə biləcək”.

Kuarejma özü isə İnstagram hesabında “Beşiktaş” prezidenti Fikrət Orman ilə görüşdüyünü yazıb: “Klubun prezidentinə artıq komandada yer almayacağımı dedi”.

Qeyd edək ki, Rikardo Kuarejma 2010-2012 və 2015-ci ildən bu günə qədər “Beşiktaş” forması geyinib.



Redaktorun seçimi