Renat Dadaşov rəsmi debüt etdi

Hit: 289
Renat Dadaşov rəsmi debüt etdi

Milli komandamızın hücumçusu Renat Dadaşov Portuqaliya yüksək liqasında ilk matçına çıxıb.

Faktor.az xəbər verir ki, o, yeni klubu “Pakuş de Ferreyra”nın heyətində səfərdə “Boavişta”yə qarşı oynayıb. Əsas heyətdə yer alan gənc futbolçumuz 80-ci dəqiqədə əvəzlənib. Oyun 1:1 hesabı ilə yekunlaşıb. “Pakuş de Ferreyra”dən qolu Marko vurub.

Qeyd edək ki, 3 turdan sonra “Pakuş de Ferreyra” 1 xalla sonuncu – 18-ci yerdədir.









Redaktorun seçimi