Dünya futbolunda nadir hallarında rast gəlinəcək foto Türkiyədə çəkildi - FOTO

Hit: 363
Dünya futbolunda nadir hallarında rast gəlinəcək foto Türkiyədə çəkildi - FOTO
Ötən gün oynanılan Türkiyə Super Liqasının "Başakşəhər” – "Fənərbaxça” oyununda maraqlı hadisə diqqət çəkib.
 
Oyundan öncə dünya futbolunda nadir hallarda rast gəlinən foto çəkilib.
 
Belə ki, hazırda "Fənərbaxça”nın kapitanı olan Əmrə Bəlözoğlu bundan öncəki klubu "Başakşəhər”in start heyəti ilə foto çəkdirib.
 
Hər matçdan öncə komandaların start heyətlərinin çəkdirdiyi fotoya "Başakşəhər”li Arda Turan tərəfindən dəvət olunan 39 yaşlı yarımmüdafiəçi təklifdən imtina etməyib.
 
Qeyd edək ki, Əmrə Bəlözoğlu "Fənərbaxça”dan öncə dörd il "Başakşəhər”in formasını geyinib.
 
Xatırladaq ki, qarşılaşma "Fənərbaxça"nın 2-1 hesablı qələbəsi ilə başa çatıb.
 
(oxu.az)
 








Redaktorun seçimi