"Liverpul" "Arsenal"a qalib gəldi - VİDEO
İngiltərə Premyer Liqasında 3-cü turun oyunları davam edir.
Faktor.az xəbər verir ki, turun mərkəzi matçında "Arsenal" "Liverpul"un qonağı olub. Görüş Yürgen Kloppun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
24 avqust
"Liverpul" – "Arsenal" - 3:1
Qollar: Matip, 41 (1:0), Salah, 49-pen (2:0), 58 (3:0), Torreyra, 85 (3:1)