Sarri ilk oyunu buraxacaq

100 dəfə oxunub
Sarri ilk oyunu buraxacaq

"Yuventus"un baş məşqçisi Maurisio Sarri İtaliya A seriyasının 1-ci turunda "Parma" ilə matçı buraxacaq.

Faktor.az klubun saytına istinadən xəbər verir ki, buna səbəb onun pnevmaniya xəstəliyindən müalicə olunmasıdır. Bu gün əlavə tibbi testlərdən keçən 60 yaşlı mütəxəssisin səhhətində yaxşılaşma olduğu bildirilib.

Qeyd edək ki, M.Sarri bu yay "Yuventus"un baş məşqçisi təyin edilib.

Xatırladaq ki, "Parma" - "Yuventus" görüşü avqustun 24-ü keçiriləcək.



Redaktorun seçimi