"Koutinyonu almağa pulumuz çatmadı" - Klopp

95 dəfə oxunub
"Koutinyonu almağa pulumuz çatmadı" - Klopp

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Barselona"dan "Bavariya"ya icarəyə verilən sabiq futbolçusu Filippe Koutinyo haqda danışıb.

Faktor.az Britaniya mətbuatına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis "Koutinyou niyə yenidən transfer etmədiniz" sualını belə cavablandırıb:

"Onunla maraqlandığımızı deyə bilərəm. Sizə bir az gülməli və qəribə gələ bilər, ancaq pulumuz çatmadı. Onsuz da Koutinyonun satışından qazandığımız pulu çoxdan xərcləmişdik".

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi 2018-ci ildə "Liverpul"dan "Barselona"ya keçərkən klubuna 160 milyon avro qazandırmışdı. 



Redaktorun seçimi