"Fənərbaxça"da ciddi itki

“Fənərbaxça”nın futbolçusu Viktor Mozes zədələnib.
Faktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, superliqanın ilk turunda dünən “Qazişehir”lə matçda (5:0) zədələnən nigerliyalı yarımmüdafiəçinin əzələsində yırtıq aşkarlanıb. Onun ən azı üç həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, Mozes "Qazişehir"lə görüş 1 qol və 1məhsuldar ötürmə ilə yadda qalıb.


