Prosineçki Şehiçlə İbrahimoviçi səhv saldı - VİDEO

95 dəfə oxunub
Prosineçki Şehiçlə İbrahimoviçi səhv saldı - VİDEO

Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçkinin mətbuat konfransında maraqlı an yaşanıb.

Faktor.az xəbər verir ki, xorvatiyalı mütəxəssis "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçlə "Los-Anceles Qelaksi"də oynayan Zlatan İbrahimoviçi səhv salıb.

Millimizin keçmiş çalışdırıcısı Avro-2020-nin seçmə mərhələsində Lixtenşteyn və Ermənistanla oyunlar üçün heyəti açıqlayarkən hazırda "Ərzurumspor"da çıxış edən İbrahim Şehiçin əvəzinə İbrahimoviçin adını çəkib. Prosineçkinin bu ifadəsi gülüşlə qarşılanıb.



Redaktorun seçimi