Poqba təhqir olundu

23 dəfə oxunub
Poqba təhqir olundu

“Mançester Yunayted”in fransalı yarımmüdafiəçisi Pol Poqba İngiltərə Premyer Liqasının ikinci turunda dünən “Vulverhempton”la keçirilən matçdan sonra azarkeşlərin irqçi şüarlarına məruz qalıb.

Faktor.az "Sky Sports"a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın bəzi fanatları 1:1 hesabı yekunlaşan görüşdə fransalı oyunçunun təyin olunan penaltini dəqiq yerinə yetirə bilmədiyi üçün ona qarşı sosial şəbəkədə irqçi ifadələr işlədiblər.

Klub rəhbərliyi və Poqbanın komanda yoldaşları bu cür halların futbola yaraşmadığını, belə təhqirlərə qarşı tədbirlər görülməsinin vacibliyini bildiriblər.

"Mançester Yunayted" bununla bağlı sosial hesabında yazıb: “Komandadakı hər kəs Poqbaya qarşı edilən irqçi ifadələri mənfi qarşılayır. Bu, ürəkbulandırıcı mənzərədir”.

Qeyd edək ki, Premyer Liqanın ikinci turunda “Mançester Yunayted” səfərdə “Vulverhempton”la heç-heçə edib. Komanda 4 xalla 4-cü pillədədir.



Redaktorun seçimi