Emil Balayev yenə birincidir

Hit: 342
Emil Balayev yenə birincidir

"Tobol"da oynayan millimizin qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasında bu mövsüm ikinci dəfə "quru" seriyaya imza atıb.

Faktor.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper artıq 339 dəqiqədir ki, qapısını toxunulmaz saxlayır və göstəricidə hazırda ilk pillədə qərarlaşıb. O, sonuncu dəfə iyulun 28-də "Kaysar"la görüşdə qol buraxıb.

Qeyd edək ki, bu mövsümün rekordu da məhz E.Balayevə məxsusdur. O,  683 dəqiqə qapısına toxunulmaz saxlamışdı.

Xatırladaq ki, Qazaxıstan çempionatları tarixində ən uzun seriyaya isə 921 dəqiqə ilə 2005-06 mövsümündə "Kayrat"da oynayan Sergey Boyçenko imza atıb.









Redaktorun seçimi