"Nəticəni ədalətli hesab etmək olar" - Elşad Əhmədov

Hit: 196
"Nəticəni ədalətli hesab etmək olar" - Elşad Əhmədov

"Çempionatın ilk oyunu idi. Həqiqətən çətin oldu. Futbolçularda həyəcan var idi. Rəqibin "Neftçi" olması buna təsir etdi. Hər iki komanda qələbə qazana bilərdi. Bu baxımdan nəticəni ədalətli hesab etmək olar".

Faktor.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqanın ilk turunda "Neftçi" ilə heç-heçə etdikləri (1:1) matçdan sonra mətbuat konfransında deyib.

O, futbolçusu Cavid İmamverdiyevin hazırlığının yerində olduğunu bildirib: "Cavid topu saxlaya bilən oyuçudur. Bəlkə də, ötürmələrdəki səhvi həyəcanla bağlı idi".

E.Əhmədov bu heyətlə qarşıya qoyulan hədəfə çata biləcəklərinə inandığını söyləyib: "Ya çempionat vasitəsilə, ya da ölkə kubokunu qazanaraq Avropa Liqasına getmək istəyirik".









Redaktorun seçimi