Ronaldonun milyonların marağını çəkdiyi yeni reklamı - VİDEO

Hit: 232
Ronaldonun milyonların marağını çəkdiyi yeni reklamı - VİDEO

Portuqaliya millisinin və “Yuventus”un futbolçusu Kriştiano Ronaldo yeni reklama çəkilib.

Faktor.az xəbər verir ki, bu dəfə o, Sinqapurun onlayn-şoppinq şirkəti olan “Shopee”nin çarxında yer alıb.

Reklamda Ronaldo özünəxas tərzdə cərimə zərbəsindən qol vurub sevinir. Amma bu zaman  futbolçunun diqqətini bir məqam çəkir: heç kim onun qolunu və oyununu izləmir. Azarkeşlər bu zaman öz smartfonlarına baxaraq alış-veriş edirlər.

Qeyd edək ki, bu yeni reklam qısa müddətdə böyük maraq doğurub. Yutubda reklamı izləyənlərin sayı 4 milyonu keçib.

 








Redaktorun seçimi