"Qarabağ"ın ilk oyununa hakim təyinatları açıqlandı

Hit: 388
"Qarabağ"ın ilk oyununa hakim təyinatları açıqlandı

Avropa  Liqasının pley-off mərhələsində keçiriləcək "Linfild" (Şimali İrlandiya) - "Qarabağ" ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

Faktor.az xəbər verir ki, matçın baş hakimi İsveçrə Futbol Federasiyasından 31 yaşlı Sandro Şerer  olacaq. Ona Stefan de Almeyda və Bekim Zoqay köməklik edəcək. Dördüncü hakim funksiyasını Fedayi San yerinə yetirəcək.

Qeyd edək ki, "Linfild" - "Qarabağ" görüşü avqustun 22-i Bakı vaxtı ilə 22:45-də başlayacaq. Bu komandalar arasında cavab qarşılaşması isə bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.









Redaktorun seçimi