Dadaşov komandasına kömək edə bilmədi

Hit: 287
Dadaşov komandasına kömək edə bilmədi

Almaniya 3-cü Bundesliqasında 5-ci turun oyunları keçirilir.

Faktor.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" səfərdə Vurzburger"in qonağı olub.

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 90 dəqiqə meydanda olan Dadaşov heç nə ilə yadda qalmayıb. "Proyssen" isə bu mövsüm ikinci məğlubiyyətini alıb.

Qeyd edək ki, Münster təmsilçisi 5 turdan sonra 7 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.









Redaktorun seçimi